Həftənin seçilmiş məqaləsi
|
---|
Uran — Günəşə yaxınlığına görə yeddinci planet. Günəş sistemində radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planetdir. Uranın tərkibi Neptunun tərkibi ilə eynidir, hər ikisində də eyni kimyəvi elementlər mövcuddur, bu tərkib hissələri onları böyük qaz nəhəngləri olan Yupiter və Saturndan fərqləndirir. Bu səbəblə, elm adamları Uran və Neptunu qaz nəhənglərindən ayırmaq üçün "buz nəhəngləri" kimi təsnif edirlər. Uranın atmosferinin əsasən hidrogen və helium tərkibi ilə Saturn və Yupiterin atmosferinə oxşarlığına baxmayaraq, ammonyak, metan və başqa hidrokarbonlarla birlikdə tərkibində daha çox buz mövcuddur. Uran minumum 49 K (−224 °C; −371 °F) temperatur ilə Günəş sistemində ən soyuq atmosferə sahibdir. Uran kompleks təbəqəli bulud strukturuna sahibdir. Ən aşağı təbəqədəki buludlarda su, ən üst təbəqədəki buludlarda isə metan olduğu düşünülür. Uranın daxili əsasən buz və qayalıq maddədən təşkil olunmuşdur.
Digər nəhəng planetlər kimi Uranın bir halqa sistemi, bir maqnitosferi və çox sayda peyki vardır. Uran sisteminin digər planetlərdən fərqləndirən özünəməxsus konfiqurasiyası var. Onun fırlanma oxu yana əyilmiş şəkildədir və buna görə də, digər planetlərin ekvatorları olan bölgə onun şimal və cənub qütbləridir. 1986-cı ildə, Voyager 2-dən gələn görüntülər Uranı görünən işıqda, digər nəhəng planetlərlə əlaqəli bulud qrupları və ya tufanları olmayan xüsusiyyətsiz planet kimi göstərdi
|
Arxiv – Digər seçilmiş məqalələr...
|
Həftənin yaxşı məqaləsi
|
---|
I Kennet (Şotlandiya kralı) — Müasir şotland kelt dilindəki variantı daha doğrusu forması Cionaodh mac Ailpein kimi olur, çünki Coinneach tarixən ayrı bir ad olub. Buna baxmayaraq, müasir şotland kelt dilindəki adların ikisi də eyni məna verir. ing. Kenneth MacAlpin; ) — təqribən 834–858-ci illərdə Dal Riada kralı, 843–858-ci illərdə piktlər kralı və Makalpinlər sülaləsinin banisi olan II Alpinin oğlu. Dal Riada taxt-tacına irsən sahiblənən I Kennet 843–850-ci illərdə piktlərin krallığını ihlaq edir və bütün Şotlandiyanı fəth etməyə, eləcə də piktləri assimilyasiya etməyə başlayır. Buna görə də ona An Ferbasax (şot.kelt An Ferbasach, azərb. Fateh) ləqəbi verilmişdir. Onun krallığının paytaxtı Forteviot idi. O, Stratklayd krallığından olan britlərlə, eləcə də Piktlanda basqınlar təşkil edən danimarkalı vikinqlərlə vuruşmuşdur. Əlavə olaraq, I Kennet Skun daşı kimi talismanları Ayonadakı tərk edilmiş monastırdan götürüb başqa bir yerə aparmışdı.
(Davamı...)
|
Arxiv – Digər yaxşı məqalələr...
|
Bilirsinizmi...
|
---|
Vikipediya məqalələrindən
ABŞ müğənnisi Areta Franklin (şəkildə) Detroytda keşiş ailəsində anadan olmuşdur.
Ernest Heminquey orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı.
- Aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub.
- "Güllələnmə təxirə salınır!..." filmində hadisələr real faktlara əsaslanır.
|
Günün seçilmiş şəkli
|
---|
|
|
|
Xəbərlər
|
---|
- "Hektar Nektar" şirkətin məlumatına görə, hazırda Vyana dünyada ən çox bal arısının yaşadığı şəhərdir.
2019-cu il martın sonunda Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri 40 milyard 273 milyon ABŞ dollarına bərabər olub.
Mərakeşin Fəs şəhərində dövlət xəstəxanalarında çalışan 310 həkim istefa verib.
Avstraliya hökuməti 2020-ci ilədək 2 milyon çöl pişiyinin (şəkildə) məhv edilməsini planlaşdırır.
İsrail alimləri ilk dəfə olaraq üçölçülü çapetmədən istifadə edərək ürək hazırlayıblar.
Son ölümlər:
Elina Bıstritskaya, Georgi Daneliya, Rövşən Almuradlı
|
Tarixdə bu gün — 28 aprel
|
---|
28 aprel: Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Kosmosda ilk turist
1788 — Merilend ABŞ-ın 7-ci ştatı olur.
1920 — XI Qızıl Ordu Bakını ələ keçirdi, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı.
1947 — Tur Heyerdal və beş yoldaşı Polineziyanın perulular tərəfindən məskunlaşdırıldığını sübut etmək üçün Kon-Tiki salında Perudan yola çıxdı.
1969 — Fransa prezidenti Şarl de Qoll vəzifəsindən istefa etdi.
1988 — ASALA terror təşkilatının qurucusu Akop Akopyan Afinada qətlə yetirildi.
2001 — Milyonçu Dennis Tito dünyanın ilk kosmik turisti oldu.
2008 — Çində iki qatarın toqquşması nəticəsində 70 nəfər həyatını itirdi.
Digər günlər: 27 aprel – 28 aprel – 29 aprel
Arxiv – e-məktub ilə
Hazırda 28 aprel 2019 (UTC) – Səhifəni yenilə
|
Həftənin seçilmiş siyahısı
|
---|
Kventin Tarantinonun filmoqrafiyası — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.
1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur.
"Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub.
|
Arxiv – Digər seçilmiş siyahılar...
|
Kömək səhifələri
|
---|
- Vikipediyaçılar
- Beş əsas prinsip
- Qaralama dəftəri
- Şablonlar
- Yeni başlayanlar üçün təlimat
- Tez-tez soruşulan suallar
Vikipediya
|
|